Bank Of Baku

Şair Baba Vəziroğlu: “Müəlliflik hüququ ilə bağlı qanunlar işləmir”

Şair Baba Vəziroğlu: “Müəlliflik hüququ ilə bağlı qanunlar işləmir”
# 25 aprel 2007 14:46 (UTC +04:00)
“Müəlliflik hüququ ilə bağlı qanunlar var, amma işləmir. Mən Müəllif Hüquqları Agentliyinin bu qanunları hərəkətə gətirməyini gözləyirəm. Biz hələ başlanğıcdayıq, halbuki sivil dünyanın ən mühüm təşkilatlarından biri məhz müəlliflik hüququnu qoruyan qurumdur. İstənilən ölkədə bu qurumdan ehtiyat edir, qorxurlar”. Bu sözləri APA-ya açıqlamasında şair Baba Vəziroğlu söyləyib. Onun sözlərinə görə, dünyada ən müqəddəs hüquqlardan biri məhz əqli mülkiyyət və müəlliflik hüququdur: “Bu hüququ pozanları ciddi cəzalar gözləyir. Söhbət böyük cərimələrdən və hətta cinayət məsuliyyətindən gedir”. İlk müəlliflik şəhadətnaməsini alan şair bədii əsərlərinin müəllifliyini də tezliklə rəsmiləşdirməyə hazırlaşır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR