Bank Of Baku

Fəxriyyə Xələfova Moskvada keçirilən Yüksək Moda Müsabiqəsinin mükafatına layiq görülüb

Fəxriyyə Xələfova Moskvada keçirilən Yüksək Moda Müsabiqəsinin mükafatına layiq görülüb
# 26 aprel 2007 15:21 (UTC +04:00)
Fəxriyyə Xələfova Moskvada keçirilən Milli geyimlərin VIII Beynəlxalq “Etno-Erato” Yüksək Moda Müsabiqəsində ən yüksək mükaflardan birinə layiq görülüb. Modelyerin APA-ya verdiyi məlumata görə, o, bu müsabiqədə ilk dəfə 2000-ci ildə Almatıda iştirak edib. 2003-cü ilin mayından isə F. Xələfova sözügedən müsabiqənin münsiflər heyətinin üzvüdür. Müsabiqədə Moskvadan Mila Nostoçniy, Belarusdan Parfinoviç, Qazaxıstandan Balnur Asanova və başqaları iştirak edib. Müsabiqədə F. Xələfovanın “Cazibə” kolleksiyası nümayiş etdirilib. Modelyer bildirib ki, mayın 15-də müsabiqənin qala-nümayişində də “Cazibə” adlı kolleksiyası nümayiş olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR