Bank Of Baku

İosif Kobzon: “Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gücləndirilməli və genişləndirilməlidir”

İosif Kobzon: “Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gücləndirilməli və genişləndirilməlidir”
# 27 aprel 2007 10:11 (UTC +04:00)
“Azərbaycanla Rusiya arasında mədəni əlaqələr gücləndirilməli və genişləndirilməlidir. Fikrimcə, bu gün Rusiyada Azərbaycan mədəniyyəti az təbliğ olunur. Mədəniyyət sahəsində görülən işləri artırmaq lazımdır”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Rusiyanın xalq artisti İosif Kobzon deyib. Musiqiçinin fikrincə, mədəni sahədə qarşılıqlı əlaqələr aktiv həyata keçirilməlidir: “İndiki vaxtla müqayisədə Sovet dövründə iki ölkə arasında mədəni əlaqələr daha sıx həyata keçirilirdi. Sovet dövründə Moskvada Azərbaycan, Azərbaycanda isə Moskva günləri daha tez-tez keçirilirdi. O vaxtlar indiki dövrlə müqayisədə mədəni əlaqələr çox güclü idi”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR