Bakıda Yaponiyanın ənənəvi sənət texnikalarının təqdimatı keçirilib - FOTO

Bakıda Yaponiyanın ənənəvi sənət texnikalarının təqdimatı keçirilib - FOTO
# 17 noyabr 2023 19:04 (UTC +04:00)

Bakıda Yaponiyanın ənənəvi sənət texnikalarının təqdimatı keçirilib.

APA xəbər verir ki, tədbirdə Yaponiya səfiri Cuniçi Vada və digər rəsmi şəxslər iştirak edib.

Tədbirin açılış mərasimində çıxış edən Yaponiya səfiri ölkələrimiz arasında mədəni və humanitar sahələrdə də əlaqələrin inkişaf etdirilməsini sevinc hissi ilə qarşıladığını bildirib.

Açılış mərasimindən sonra ənənəvi Yaponiya sənətləri – kintsuqi və mokuhanqa üzrə təqdimat, ardınca isə ustad dərsləri keçirilib. Yapon sənətlərinin tarixi və fəlsəfəsi haqqında da geniş məlumat verilib.

Qeyd edilib ki, kintsuqi sənəti qırılmış əşyaların, keramika qablarının qızıl tozundan istifadə edərək birləşdirilməsi və əvvəlkindən daha gözəl hala gətirilməsi sənətidir. Bu sənət növü qüsurların mükəmməlliyini kəşf edir, qırılmanın əslində bir son deyil, yeni həyata bir başlanğıc ola biləcəyini nümayiş etdirir.

Mokuhanqa isə ənənəvi yapon taxta blok çapı sənəti olub, su əsaslı xüsusi boyalardan istifadə olunan ksiloqrafiya sənətidir.

Qərb dünyasında istifadə olunan taxta blok çapından fərqli olaraq, yağlı boyalardan deyil, məhz su əsaslı təbii boyalardan istifadə olunur və çoxsaylı rəng seçimi mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR