Bu barədə UNESCO-nun mətbuat xidmətindən İran Musiqi Evinin məsələyə etirazlarını APA-ya şərh edərkən bildirilib.
Mətbuat xidmətinin əməkdaşı Luçiya İqlesias deyib ki, bu qərar tarın yalnız Azərbaycanda istifadə edilməsi anlamına gəlmir: “Azərbaycan nominasiyanı irəli sürərək komitəni inandırıb ki, tar bu ölkədə istifadə olunur və Azərbaycan cəmiyyəti üçün xüsusi əhəmiyyət kəsb edir. İran Azərbaycana tarın mövcud təsvirini genişləndirməyi təklif edə və alətin istifadəsi ilə bağlı öz versiyasını təqdim edə bilər ki, buna da heç nə mane olmur”.
L. İqlesias qeyd edib ki, UNESCO-nun prosedurlarına uyğun olaraq müvafiq ərizə hər il martın 31-nə qədər təqdim oluna bilər: “Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanı imzalamış dövlətlər bu və ya digər mədəni elementin qeydiyyatı üçün birgə ərizə verə bilər. Məsələn, 2009-cu ildə U
Qeyd edək ki, İran Musiqi Evi tar musiqi alətinin UNESCO-da Azərbaycanın musiqi irsi kimi qeydiyyatdan keçməsinə etiraz edib. Təşkilatın mətbuat katibi Dariuş Pinyakan bildirib ki, İranın UNESCO-dakı nümayəndəsi bu məsələ ilə bağlı etirazını rəsmiləşdirib. İran tərəfinin iddiasına görə, tar İranın cənubunda yaradılıb. İran tərəfi tarın U
Əlavə edək ki, İran tarın UNESCO-da Azərbaycanın musiqi irsi kimi qəbul edilməsinə etiraz etsə də, söhbət tarın Azərbaycan musiqi aləti kimi UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsindən getmir. UNESCO Azərbaycan tar ifaçılığı sənətini bu siyahıya daxil edib.
Tar aləti və tar ifaçılıq sənəti fərqli anlayışlar olduğundan, İranın etirazı əsassız sayıla bilər.