Gəncədə qətl törədilib - VİDEO

Gəncədə qətl törədilib - <span style="color: red;">VİDEO
# 16 avqust 2013 09:53 (UTC +04:00)

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, avqustun 15-də axşam saat 22 radələrində Gəncə şəhərinin Atatürk prospektində Samux sakini, 1988-ci il təvəllüdlü Nail Ağayev və Gəncə sakini, 1981-ci il təvəllüdlü Beyrək Verdiyev arasında mübahisə yaranıb. Nəticədə B. Verdiyev N. Ağayevi bıçaqlayaraq qətlə yetirib. B. Verdiyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. İlkin araşdırma nəticəsində hadisənin siqaret üstündə baş verdiyi məlum olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR