Raffi Ovanisyanın nümayəndəsi: «Seçki məntəqələrində qeydə alınan məlumatlar MSK-nın açıqladığı məlumatlarla üst-üstə düşmür»

Raffi Ovanisyanın nümayəndəsi: «Seçki məntəqələrində qeydə alınan məlumatlar MSK-nın açıqladığı məlumatlarla üst-üstə düşmür»
# 18 fevral 2013 22:48 (UTC +04:00)

Bakı-APA. Seçki məntəqələrində qeydə alınan məlumatlar qəribə şəkildə Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumatlarla üst-üstə düşmürlər. APA-nın Armenia Today-a istinadən verdiyi xəbərə görə, bu barədə keçirdiyi mətbuat konfransında Ermənistan prezidentliyinə namizəd Raffi Ovanisyanın mətbuat katibi Ovsep Xurşudyan bəyan edib.

Xurşudyan misal üçün artıq nəticələri elan olunmuş 42 seçki məntəqəsini göstərib. Bu məntəqələrdə Serj Sərkisyan və Raffi Ovanisyana səs vermiş seçicilərin ümumi sayı 27 902 nəfər olub. Xurşudyanın nümayiş etdirdiyi protokollara əsasən, həmin məntəqələrdə 19 057 nəfər Raffi Ovanisyana səs verib, lakin MSK qalib kimi hazırkı prezidenti göstərib.

Xurşudyan seçki məntəqələrində baş verən saxtakarlıqlardan da danışıb. O bildirib ki, bəzi məntəqələrdə «yuxarıdan» təlimat gözlədikləri üçün hələ də səslərin sayılmasına başlanılmayıb. «Bəzi məntəqələrdə bülletenlər oğurlanıb. Digərlərində Raffi Ovanisyanın xeyrinə olun bülletenlər əsassız olaraq yararsız çıxarılıb. Bir sıra məntəqələrdə bizim üzvlərimizə hədə-qorxu gələrək protokolları imzalamağa məcbur ediblər. Bizim nümayəndəmiz Daniela İoanisyana isə rüşvət təklif olunub», deyə Xurşudyan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR