Bakı-2015: Məşəlin şimal səyahəti başa çatıb

Bakı-2015: Məşəlin şimal səyahəti başa çatıb
# 05 iyun 2015 13:24 (UTC +04:00)

Siyəzən. Vəli Turan – APA. Birinci Avropa Oyunlarının məşəli şimal regionuna səfərini başa vurub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, yarışın rəmzi bu gün Siyəzən rayonuna gətirilib.

Məşəli Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul edib. Bundan sonra 11 nəfər məşəlçi növbə ilə məşəli bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 2700 m məsafəni qət edib və şəhərin mərkəzinə gəlib.

Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov çırağı alovlandırıb. Siyəzəndən sonra birinci Avropa Oyunlarının qədim Atəşgah məbədində alovlandırılan məşəli Xırdalan şəhərinə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR