Avropa Birliyinin Rusiya ilə bağlı “qara siyahı”sı genişləndiriləcək

Avropa Birliyinin Rusiya ilə bağlı “qara siyahı”sı genişləndiriləcək
# 08 may 2014 11:16 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. Avropa Birliyinə (AB) üzv ölkələr rusiyalı məmurların və iş adamlarının yer aldığı "qara siyahı"nın genişləndirilməsi ilə bağlı ilkin razılıq əldə ediblər.

APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu adının açıqlanmasını istəməyən Avropa Birliyinin rəsmisi deyib.

Bununla belə diplomat razılaşmanın detallarını açıqlamayıb.

Onun sözlərinə görə, AB-yə üzv 28 ölkə mayın 12-də Brüsseldə keçiriləcək toplantıda Rusiyaya qarşı əlavə sanksiyaları təsdiq edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR