Ötən il «Əsrin müqaviləsi» çərçivəsində gündə 664 min barel neft çıxarılıb

Ötən il «Əsrin müqaviləsi» çərçivəsində gündə 664 min barel neft çıxarılıb
# 01 mart 2013 08:52 (UTC +04:00)

Bakı – APA-Economics. Ötən il «Azəri-Çıraq-Günəşli» layihəsi («Əsrin müqaviləsi») çərçivəsində gündə orta hesabla 664 400 barel və ya ümumilikdə bütün il üçün 243 mln. barel, yəni təqribən 32,9 mln. ton neft hasil edilib.

Layihənin operatoru olan «BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, ilin sonunda AÇG-də ümumilikdə 65 hasilat quyusu və 29 injektor quyusu istismarda olub. «Çıraq» platformasındakı 10 hasilat quyusundan il ərzində orta hesabla gündə 74 440 barel, «Mərkəzi Azəri» platformasındakı 14 hasilat quyusundan il ərzində buradan gündə orta hesabla 158 430 barel, «Qərbi Azəri» platformasındakı 16 hasilat quyusundan il ərzində gündəlik orta hesabla 190 540 barel, «Şərqi Azəri» platformasındakı 14 hasilat quyusundan ötən il gündəlik orta hesabla 134 000 barel, «Dərinsulu Günəşli» platformasındakı 11 hasilat quyusundan gündəlik orta hesabla 107 000 barel neft hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR