İranda iki yeni hərbi manevr keçiriləcək

İranda iki yeni hərbi manevr keçiriləcək
# 06 mart 2013 10:20 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranda iki yeni hərbi manevr keçiriləcək. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İran Quru Qoşunlarının komandanı, general-mayor Əhmədrza Purdəstan bildirib.

Onun sözlərinə görə, birinci təlim martın 9-da ölkənin cənub-qərbində Hərbi-Hava Qüvvələri ilə birlikdə keçiriləcək: “Xatəm-ül-Ənbiya” adlanan manevr üç gün davam edəcək. Təlimdə məqsəd əməliyyatlar sahəsində komandanlıqların gücləndirilməsidir”.

Ə.Purdəstan deyib ki, ikinci təlim martın 20-də ölkənin cənub-şərqində keçiriləcək: “Bu raket manevridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR