Azərbaycan bank sektorunda konsolidasiya prosesi başlayıb: ilin sonuna kimi bankların sayı təxminən iki dəfə azala bilər

Azərbaycan bank sektorunda konsolidasiya prosesi başlayıb: ilin sonuna kimi bankların sayı təxminən iki dəfə azala bilər
# 04 iyun 2015 07:55 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, bu barədə "Bank VTB (Azərbaycan)" ASC-nin İdarə Heyətinin sədri Yuri Yakovlev deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank bu istəyini kapitala olan tələbin minimal həddini 50 mln. manatadək artıranda biruzə verib.

"Konsolidasiya prosesi artıq başlayıb. Hazırda Azərbaycanda 43 bank fəaliyyət göstərir. Ekspertlər hesab edir ki, 2015-ci il ərzində bankların sayı 25-30-a enəcək. Azərbaycan kimi balaca ölkə üçün 43 bank həddən artıq çoxdur. Bütün banklar universal olmağa çalışır və bunun üçün hər şey edir. Bazarda yalnız 10 universal bank ola bilər. Lakin daha yaxşı olardı ki, qalan banklar müəyyən sahədə ixtisaslaşmış oyunçular olsun”, - deyə bankir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR