Azərbaycanda kazino aşkar edilib

Azərbaycanda kazino aşkar edilib
# 20 avqust 2013 11:55 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda kazino aşkar edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri Azərbaycan prospekti 4-cü məhəllə, ev 14/19-da şəhər sakinləri Kamandar Nərimanov, Aydın Əliyev, Elman Kərimzadə, İsmayıl Tağıyev və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyən edilib.

Oraya baxış zamanı 11 ədəd kompyuter dəsti, 1 ədəd qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR