Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib

Azərbaycan türkiyəli iş adamını beynəlxalq axtarışa verib
# 10 oktyabr 2013 07:47 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Türkiyə vətəndaşı, 57 yaşlı Müzəffər Kuşdil dələduzluqda ittiham olunur. Onun saxlanılması üçün Azərbaycan dövlətlərarası axtarış elan edib.

APA-nın əldə etdiyi məlumata gör, Müzəffər Kuşdil Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olub.

Qeyd edək ki, bu il Azərbaycan hüquq-mühafizə orqanları daha bir neçə türkiyəli iş adamı barəsində beynəlxalq axtarış elan edib.

Onlar dələduzluq və vergidən yayınmada ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR