Ermənistan Gümrü-Qars dəmir yolu xəttini bərpa edib

Ermənistan Gümrü-Qars dəmir yolu xəttini bərpa edib
# 11 iyun 2014 10:44 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Ermənistan Gümrü-Qars dəmir yolu xətti üzrə qatarları buraxmağa hazırdır. APA-nın məlumatına görə, bu barədə Ermənistanın «Lragir» qəzeti məlumat yayıb.

«Cənubi Qafqaz dəmir yolu» QSC-nin (YUKJD) baş direktoru Viktor Rebesin sözlərinə görə, YUKJD bir il əvvəl sərhəd stansiyasına qədər dəmiryol yolu sahəsini kompleks bərpa edib. Hazırda ərazi qatarların buraxılışına tamamilə hazırdır.

Baş direktor bildirib ki, dəmir yolunun qeyd olunan sahəsinin istismarı Türkiyə tərəfinin təşəbbüsü ilə 1993-cü ildə dayandırılıb. Gümrü-Qars dəmir yolunun açılışı Ermənistan-Türkiyə sərhədinin açılışı haqqında siyasi qərarın qəbulundan sonra təmin edilmiş ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR