“DəmirBank”da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb

“DəmirBank”da pul köçürmə sistemləri üzrə aksiyanın müddəti uzadılıb
# 20 iyun 2014 07:42 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank”da həyata keçirilən “Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə” aksiyası 30 sentyabr 2014-cü il tarixədək uzadılıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən “DəmirBank”ın filiallarında ən azı 500 AZN/USD/EUR və ya 15 000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN/USD/EUR və ya 60 000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

Bank əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pul köçürmə xidmətlərini təklif edir. “DəmieBank” Western Union, Contact, Coinstar, Blizko, Forsaj, Lider, PrivatMoney, UPT, Monex və Şimşək sistemləri ilə pul köçürmələri həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR