Son 11 ay ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəriciləri açıqlanıb

Son 11 ay ərzində Azərbaycanda qeydə alınan zəhərlənmələrin statistik göstəriciləri açıqlanıb
# 23 dekabr 2013 09:53 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, bu ilin yanvar-noyabr ayı ərzində Azərbaycanda əhali arasında 1214 qida zəhərlənməsi hadisəsi baş verib. Zəhərlənmə nəticəsində 1412 nəfər zərər çəkib. Onun sözlərinə görə, 11 ay ərzində 22 botulizm hadisəsi qeydə alınıb ki, bunun nəticəsində də 28 nəfər zərər görüb. Qida zəhərlənməsi nəticəsində 1 ölüm faktı qeydə alınıb.

İ.Abdullayev qeyd edib ki, ötən 11 ay ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 9693 yeyinti məhsulları nümunə götürülüb, ondan 143-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 9030 nümunədən 98-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə, 2527, radioloji göstəricilərinə görə 257 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Bu ilin 11 ayı ərzində şadlıq evlərindən 29823 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 480 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltıdan 557 nümunə götürülüb ki, onlardan da 5-nın nəticəsi qeyri-kafi olub.

Bu ilin yanvar-noyabr ayı ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 771 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub. 223 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 82 iş istintaq orqanına verilib, 275 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR