Gəncə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub

Gəncə mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas olunub
# 13 aprel 2014 02:58 (UTC +04:00)

Bakı-APA. Gəncə şəhərində giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində 1 nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən yatmış vəziyyətdə aşkarlanmış azyaşlı aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR