Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi: “Gün ərzində daxil olan məlumatlar imkan verir ki, problemli sahələri bilək” - VİDEO

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi: “Gün ərzində daxil olan məlumatlar imkan verir ki, problemli sahələri bilək” - <span style="color: red;">VİDEO
# 01 iyul 2014 08:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin təhqiqat, kəşfiyyat, kəşfiyyata dəstək, informasiya texnologiyaları və digər şöbələr fəaliyyət göstərir. Vətəndaşlar bizimlə birbaşa əlaqə saxlayıb məlumat verə bilərlər”.


APA-nın məlumatına görə, bunu “Korrupsiyaya Qarşı Mübarizə: Beynəlxalq Standartlar və Milli Təcrübələr” konfransında çıxış edən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.

O qeyd edib ki, vətəndaşların müraciətinə dərhal cavab verilir: “Biz həmin müraciətlərə dərhal cavab veririk. Bizim idarəyə gün ərzində xeyli məlumat daxil olur. Lakin bu məlumatların 5, yaxud 10 faizində cinayət təqibi var. Yerdə qalanları isə mülki və inzibati məsələlərlə bağlı olur. Lakin bu bizə imkan verir ki, problemli sahələri bilək”.


K.Əliyev idarənin korrupsiyaya qarşı mübarizə təşkilatları ilə sıx əməkdaşlıq etdiyini də bildirib: “Bizim bir çox beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Əməkdaşlarımız beynəlxalq tədbirlərdə, seminarlarda iştirak edirlər. Korrupsiya ilə mübarizə aparmaq üçün təbii ki, QHT və vətəndaş cəmiyyətləri ilə də sıx əməkdaşlıq etmək lazımdır. Biz QHT-lərlə əməkdaşlıq edirik. İki il əvvəl bununla bağlı saziş də imzalamışıq. Hesab edirəm ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə hökm sürən siyasi iradə və belə ixtisaslaşmış qurumun mövcudluğu gələcəkdə də fəaliyyətimizi təkmilləşdirməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR