İstanbulda Hindistan-MDB-Türkiyə biznes forumu keçiriləcək

İstanbulda Hindistan-MDB-Türkiyə biznes forumu keçiriləcək
# 28 noyabr 2013 09:51 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Gələn həftə Türkiyədə Hindistan-MDB-Türkiyə biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) «APA-Economics»ə verilən məlumata görə, dekabrın 5-7-də İstanbul şəhərində təşkil olunacaq forumda Hindistan, Türkiyə və MDB ölkələrindən biznes nümayəndələri iştirak edəcəklər.

Biznes forum səhiyyə və əczaçılıq, enerji, infrastruktur, kənd təsərrüfatı texnikası, tekstil, neft, qaz, tikinti, daşınmaz əmlak və digər sahələr mövzularına həsr olunacaq. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR