Meksikada 50-dək insanın meyiti tapılıb

Meksikada 50-dək insanın meyiti tapılıb
# 26 noyabr 2013 10:17 (UTC +04:00)

Bakı – APA. Meksikanın Xalisko və Miçoakan ştatlarının sərhədində polis 48 nəfərin meyitini tapıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, söhbət ən azı 22 gizli məzarlıqdan gedir. Hadisə yerində polis, prokurorluq orqanlarının əməkdaşları və hərbi mütəxəssislər işləyir.

Öldürülənlər arasında iki qadın da var. Hazırda meyitlərin əksəriyyəti müvafiq araşdırmalar və ölənlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Mexikoya gətirilib.

İlk cənazələr noyabrın əvvəlində, iki federal polis agentinin itkin düşməsi ilə bağlı

əməliyyat zamanı aşkarlanıb. Araşdırmalar nəticəsində 20-dən çox yerli polis saxlanılıb. Onlar federal polisin agentlərinin “Xalisko - yeni nəsil” kartelinin üzvlərinə verilməsində şübhəli bilinirlər.

Yerli hökumət orqanlarının məlumatına əsasən, öldürülənlərin çoxu əlləri və ayaqları bağlanmış vəziyyətdə olub, onların üzərində işgəncə izləri aşkarlanıb. Təxmin edilir ki, onlar rəqiblərini ən qəddar üsullarla qorxudan narkokartellərin qarşıdurmasının qurbanlarıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR