Netanyahu: İran Ruhaninin gəlişindən sonra nüvə proqramını davam etdirir

Netanyahu: İran Ruhaninin gəlişindən sonra nüvə proqramını davam etdirir
# 01 oktyabr 2013 22:23 (UTC +04:00)

Bakı-APA. İsrail hesab edir ki, İran Həsən Ruhaninin hakimiyyətə gəlişindən sonra nüvə hərbi proqramını dayandırmayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu oktyabrın 1-də İsrailin baş naziri Binyamin Netanyahu bəyan edib.

“İran dinc nüvə proqramı yox, hərbi nüvə proqramını inkişaf etdirir”, deyə o BMT Baş Assambleyasının tribunasından bəyan edib. Onun sözlərinə görə, İranın yeni liderinin gəlişindən sonra hələlik heç bir dəyişiklik olmayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ruhani BMT Baş Assambleyasında çıxışı zamanı bəyan edib ki, İran yaxın zamanda nüvə proqramının sülh xarakterli olmasını dünya ictimaiyyətinə sübut edəcək.

“Keçən il İran 3 ton uranı 3,5 faizədək zənginləşdirib, minlərlə müasir sentrifuqalar yaradıb. Ruhaninin seçkilərdəki qələbəsindən sonra bu səylər davam etdirilir”, deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, Ruhani İranın keçmiş prezidenti Mahmud Əhmədinejaddan onunla fərqlənir ki, Əhmədinejad “canavar dərisində qurd”, Həsən Ruhani isə “qoyun dərisində olan qurddur”.

Netanyahu qeyd edib ki, İranı dayandırmaq üçün yeganə yol ona qarşı sərt sanksiyaları davam etdirməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR