Qara dəniz ölkələrinin gəncləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir - FOTO

Qara dəniz ölkələrinin gəncləri “Xocalıya ədalət” kampaniyasını dəstəkləyir - <span style="color: red;">FOTO
# 21 fevral 2014 15:58 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşkilatçılığı ilə İstanbulda "Qara Dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlər-arası dialoqun gücləndirilməsi" adlı beynəlxalq Gənclər Forum çərçivəsində “Xocalıya Ədalət” Beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdimatı keçirilib.

Kampaniyanın koordinatoru Sevinc İskəndərovanın APA - ya verdiyi məlumata görə, Forum iştirakçıları Xocalı soyqırımı haqqında və “Xocalıya Ədalət” Kampaniyası çərçivəsində keçirilən tədbirlər haqqında məlumatlandırlıb.

Qeyd edilib ki, İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş Əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" beynəlxalq təbliğat-təşviqat Kampaniyası çərçivəsində bir sıra mühüm işlər görülüb. Görülmüş işlərin nəticəsində artıq dünyanın əksər ölkələrin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınıb. Forum iştirakçılarının diqqətinə çatdırılıb ki, bu il 5 ili tamam olan Kampaniyanın əsas məqsədlərindən biri olan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə və beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasına nail olmaq üçün beynəlxalq səviyyədə aparılan işlər bəhrəsini verib.

Tədbirdə “Xocalıya ədalət”ə dəstək nümayiş etdirməyə çağırış edilib və Qara dəniz ölkələrindən olan iştirakçılar, o cümlədən bir sıra beynəlxalq gənclər təşkilatları Kampaniyaya dəstək nümayiş etdiriblər. Eyni zamanda Kampaniya tərəfindən Xocalı həqiqətləri barədə əyani vəsaitlər öz ölkələrində nümayiş etdirilməsi üçün həmin təşkilatlara təqdim edilib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR