Misirdə iğtişaşlara görə mövsümün bütün futbol oyunları dayandırılıb

Misirdə iğtişaşlara görə mövsümün bütün futbol oyunları dayandırılıb
# 12 iyul 2013 02:08 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, müvafiq qərar Misir Futbol Assosiasiyasının iyulun 11-də keçirilmiş iclasında qəbul olunub. Qərar ölkənin əsas divizionuna daxil olan əksər klublar tərəfindən dəstəklənib. Misirin öndə gedən “Əl-Əhli” və “Zamalek” klublarının Afrika Çempionlar Liqasında iştirak edib-etməyəcəyi hələlik sual altındadır.

Qeyd edək ki, Misir çempionatı 2012-ci ildə də yarım ildən çox müddətə dayandırılmışdı. Buna səbəb Port-Səid stadionunda 74 nəfərin ölümü ilə nəticələnən iğtişaşlar olmuşdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR