Əli Əhmədov: “Azərbaycanda mətbuat sərbəst fəaliyyət göstərir”

Əli Əhmədov: “Azərbaycanda mətbuat sərbəst fəaliyyət göstərir”
# 19 iyul 2013 10:05 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında 22 iyul - Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov bildirib ki, bu gün Azərbaycan mətbuatı öz fəaliyyətini sağlam ənənələr üzərində qurub və bu ənənələr Azərbaycan mətbuatının fəaliyyətinə kölgə salan halların inkişafına imkan vermir: “Düzdür, medianın fəaliyyətinə kölgə salacaq hallar var, amma bu, xarakterik deyil”.

YAP nümayəndəsi deyib ki, hər sahədə olduğu kimi, Azərbaycanda mətbuat da inkişaf edir və yeni media vasitələri yaranır: “Bu, bir daha göstərir ki, Azərbaycan dövləti mətbuat üçün normal şərait yaradıb. Mətbuat sərbəst fəaliyyət göstərir”.

Ə. Əhmədov dövlətin mətbuata verdiyi dəstəyin sırasında jurnalistlər üçün tikilən evləri, redaksiyaların maddi-texniki bazasının yaxşılaşdırılmasını və sair məqamları sadalayıb. O bildirib ki, ölkə inkişaf etdikcə mətbuat da inkişaf edəcək və onların mövqeyi möhkəmlənəcək.

Daha sonra YAP bir qrup jurnalisti mükafatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR