BDU-nun rektoruna Gürcüstan Milli Elmlər Akademiyasının fəxri akademiki diplomu təqdim olunub

BDU-nun rektoruna Gürcüstan Milli Elmlər Akademiyasının fəxri akademiki diplomu təqdim olunub
# 25 noyabr 2013 14:19 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Gürcüstan Milli Elmlər Akademiyasının (GMEA) prezidenti Georgi Kvesitadze və akademik-katibi Givi Tsinsadze Bakı Dövlət Universitetində (BDU) olub.

APA-nın məlumatına görə, görüşdə akademik Abel Məhərrəmov Azərbaycanla Gürcüstan arasında olan dostluq münasibətlərindən bəhs edib.

Qonaqlara universitet haqqında məlumat verən rektor BDU-nun beynəlxalq əlaqələrindən və əsasən Gürcüstan universitetləri, dövlət, ictimai və elmi təşkilatları ilə əməkdaşlıqdan danışıb, gürcü alimlərin universitetin Dissertasiya Şurasının üzvü olmasını da qeyd edib.

Daha sonra Gürcüstan Milli Elmlər Akademiyasının prezidenti G.Kvesitadze də BDU ilə təmsil etdiyi qurumun əməkdaşlığında maraqlı olduğunu bildirib. Çıxışdan sonra G.Kvesitadze A.Məhərrəmova GMEA-nın fəxri akademik diplomu verildiyini elan edib və diplomu ona təqdim edib.

Görüşdə həmçinin BDU və GMEA arasında əməkdaşlıq müqaviləsi də imzalanıb.

Görüşün sonunda A.Məhərrəmov GMEA-nın fəxri üzvü seçilməsinə görə G.Kvesitadzeyə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR