Misir polisinə ölkəyə gələn fələstinli və suriyalıları saxlamağa göstəriş verilib

Misir polisinə ölkəyə gələn fələstinli və suriyalıları saxlamağa göstəriş verilib
# 12 iyul 2013 03:40 (UTC +04:00)

APA-nın “Rossiya 24” telekanalına istinadən verdiyi xəbərə görə, polisə ölkəyə gələn fələstinli və suriyalıların dərhal saxlanılması barədə göstəriş verilib. Misir xüsusi xidmət orqanları onların “Müsəlman qardaşlar”ın tərəfdarları, terrorçu olduğunu, ölkəyə təxribat və terror aktları törətmək məqsədilə gəldiklərini zənn edir.

Qeyd edək ki, Misirdə vəziyyət gərgin olaraq qalmaqdadır. “Müsəlman qardaşlar” iyulun 12-i “revanş günü” etmək niyyətində olduqlarını bəyan edib. İslamçılar devrilmiş prezidentin istefasını qəbul etmirlər və yeni hökumətin formalaşdırılmasında iştirak etməkdən imtina ediblər.

Misir prokurorluğu 2011-ci il inqilabı zamanı həbsxanalardan məhbusların qaçması ilə bağlı başlanmış cinayət işinin istintaqına start verib. İş üzrə əsas fiqurant hərbçilər tərəfindən devrilmiş prezident Məhəmməd Mursidir. İyulun 9-da İsmaıliyyə şəhər məhkəməsi iş üzrə dinləmələri yekunlaşdıraraq Məhəmməd Mursi və “Müsəlman qardaşlar”ın 34 liderinin həbsi barədə prokurorluğa sorğu göndərib.

Qeyd edək ki, söhbət 2011-ci ilin yanvarın sonlarında baş verən hadisələrdən gedir. O zaman, Hüsnü Mübarəkin istefası ilə yekunlaşan iğtişaşların ən qızğın vaxtında ölkədəki həbsxanalara onlarla hücumlar törədilmişdi. Nəticədə islah müəssisələrindən minlərlə məhbus “azad” olunmuşdu. İstintaqın əldə etdiyi faktlara əsasən, həbsxanalara hücum edənlərin sıralarında “Müsəlman qardaşlar”, “Hizbullah” və “Həmas” hərəkatlarının nümayəndələri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR