Milli Şura üzvlərinin əksəriyyəti qurumun sessiyasına qatılmayıb

Milli Şura üzvlərinin əksəriyyəti qurumun sessiyasına qatılmayıb
# 29 mart 2014 13:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov-APA. Bu gün Bakıda Milli Şuranın növbəti sessiyası keçirilir.


APA-nın məlumatına görə, KXCP-nin qərargahında keçirilən sessiyaya qurum üzvlərinin böyük əksəriyyəti qatılmayıb.

Belə ki, sessiyada Milli Şuranın 88 üzvündən 38 nəfər iştirak edib.

Milli Şuranın sədri Cəmil Həsənli bildirib ki, hazırda qurum üzvlərinin bir hissəsi xaricdədir, digərləri isə səhhətlərində yaranmış problemlərlə bağlı sessiyaya qatılmayıb.

Yetərsay olduğundan sessiya öz işinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR