Qazaxda sahibkarlar üçün treninq keçirilib

Qazaxda sahibkarlar üçün treninq keçirilib
# 16 dekabr 2013 15:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakı Biznes Tədris Mərkəzinin (BBTM) Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazax rayonunda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, treninq «Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri», «Logistika», «İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər» mövzularında olub.

Treninqdə Azərbaycanda üzümçülüyün inkişafına dair Dövlət Proqramı (2012-2020-ci illər), Qazax rayonunun iqtisadi pasportu, kənd təsərrüfatında ixtisaslaşmanın xüsusiyyətləri, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri və s. barədə ətraflı məlumat verilib.

Tədbirdə həmçinin, logistikanın mahiyyəti və məqsədi, logistikanın növləri, logistik mərkəzlərin aqrar-sənaye kompleksinin inkişafında rolu və s. barədə ətraflı məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda, treninq iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, o cümlədən «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» və s. barədə məlumatlandırılıb.

Tədbir çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR