Bakıda «IDP Multi-Destinations Roadshow» sərgisi keçirilib - FOTOSESSİYA

Bakıda «IDP Multi-Destinations Roadshow» sərgisi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 oktyabr 2013 07:44 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bakıda «IDP Education Middle East» tərəfindən hər il iki dəfə təşkil olunan ali təhsil sərgisi keçirilib. Bu tədbir Orta Şərq təhsil sərgiləri arasında öncül mövqelərdən birini tutur. «Azerbaijan Multi-Destination» tədbirindən sonra sərgi Orta Şərqin başqa ölkələri - İordaniya, BƏƏ, Küveyt, Bəhreyn və Misirdə davam etdiriləcək.

«APA-Economics»ə verilən məlumata görə, sərgidə Böyük Britaniyanın «Plymouth University», Kanadanın «Kings University College», «Thompson Rivers University» və «Navitas» (Böyük Britaniya), «Navitas» (ABŞ), «Navitas» (Kanada) və «Navitas» (Avstraliya) kimi ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

Sərgidə iştirak edən tələbələr universitetlərin nümayəndələri ilə görüş imkanı əldə ediblər. Görüş zamanı tələbələr universitet və proqramlara dair ətraflı məlumat əldə ediblər, eyni zamanda müraciət prosesi, tələblər və şərtlər, tələbə vizasının alınması haqqında məlumat alıblar. Bundan əlavə, onlara müraciət formalarının doldurulmasında köməklik göstərilib.

Tələbələrin ən çox maraq göstərdiyi təhsil sahələri biznes və idarəetmə, neft sektoru, bank işi və mühasibatlıq, proqram təminatı, beynəlxalq əlaqələr və s. olub.

Həmçinin, tədbir çərçivəsində ödənişsiz IELTS informasiya sessiyası keçirilib. Bu sessiyanın məqsədi IELTS testindən keçmək marağında olan namizədlərə rəsmi testin tələblərini və qiymətləndirmə meyarlarına dair məlumat təqdim etmək olub. Eyni zamanda, sessiya ərzində IELTS hazırlıq kursundan GRBS Beynəlxalq Tədris Mərkəzində keçməyin üstünlükləri haqqında və IDP IELTS Avstraliyanın test mərkəzlərinin şəbəkəsinin tərkib hissəsi olan IELTS Test Mərkəzinə dair də məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR