Bakı Biznes Tədris Mərkəzinin təlimçiləri üçün treninq keçirilib

Bakı Biznes Tədris Mərkəzinin təlimçiləri üçün treninq keçirilib
# 01 noyabr 2013 07:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı Biznes Tədris Mərkəzi (BBTM) və Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) birgə təşkilatçılığı ilə Mərkəzin əməkdaşları üçün «İnvestisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi» mövzusunda təlimçilər üçün treninq keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə BBTM-in və SKMF-in əməkdaşları iştirak ediblər. Treninqin keçirilməsində məqsəd Bakı Biznes Tədris Mərkəzinin Bakı şəhərində və regionlarda keçirdiyi maarifləndirici tədbirlər üçün təlimçilərin hazırlanmasıdır.

Tədbirdə mövzuya dair təqdimat keçirilib, elektron idarəetmə sisteminin mahiyyəti və üstünlükləri, sistemdən istifadə qaydaları, həmçinin sistemin vaxt itkisinin qarşısının alınmasında, izafi xərclərin aradan qaldırılmasında, bu sahədə sənəd dövriyyəsi prosesinin daha sürətli, təhlükəsiz və elektron formada həyata keçirilməsində əhəmiyyəti barədə ətraflı məlumat verilib.

Tədbir çərçivəsində iştirakçılara BBTM tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR