“Bank VTB (Azərbaycan)” yeni proqram təminatına keçir

“Bank VTB (Azərbaycan)” yeni proqram təminatına keçir
# 24 iyun 2014 08:43 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev-APA-Economics. “Bank VTB (Azərbaycan)” “Oracle” şirkətinin lisenziyalı proqram təminatına keçir.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın təxminən 10 aparıcı İT şirkətlərinin iştirak etdiyi “Oracle” şirkətinin proqram lisenziyalarının alınması üçün tender keçirib. Tenderin nəticələrinə görə müsabiqənin qalibi “SİNAM” şirkəti elan edilib.

“SİNAM” şirkəti və bank arasında müqavilənin imzalanması üzrə danışıqlar aparılır.

Müqaviləyə əsasən, bank “Oracle” məlumat bazası və “Oracle Business İntelligence” proqram təminatı üçün lisenziya əldə etməyi planlaşdırıb.

Bankın Biznes proseslərinin inkişafı şöbəsinin müdiri Maksim Popov bildirib ki, yeni proqram təminatının köməyi ilə bütün məlumatların vahid saxlanc yeri qurulacaq: “Biz müxtəlif məlumatları konsolidə ediləcəyi vahid sistemdə həyata keçiriləcək bütün hesabatlarımızın və analitikanın avtomatlaşdırılması imkanını əldə edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR