Azərbaycanda büdcə təşkilatlarının kommunal və rabitə xidmətlərinə görə 8 mln. manat borcu var - VİDEO

Azərbaycanda büdcə təşkilatlarının kommunal və rabitə xidmətlərinə görə 8 mln. manat borcu var - <span style="color: red;">VİDEO
# 20 may 2014 14:29 (UTC +04:00)

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təbii qazın istehlakı 10,5%, elektrik enerjisinin istehlakı 9,8%, istilik enerjisinin istehlakı 6,7% artıb. Bununla yanaşı, rabitə xidmətlərinin dəyərində 5,0%, suyun istehlakında isə 7,3% azalma müşahidə olunub.

İstifadə edilmiş elektrik və istilik enerjisinin, təbii qazın, suyun və rabitə xidmətlərinin ümumi dəyəri 5,0% artaraq 33,7 mln. manat təşkil edib.

İstehlakın ümumi dəyərinin 61,7%-ni elektrik enerjisi, 14,0%-ni su, 13,6%-ni təbii qaz, 5,6%-ni rabitə xidmətləri, 5,1%-ni isə istilik enerjisi təşkil edib.

Bu ilin yanvar-mart aylarında büdcə təşkilatları istifadə olunmuş ehtiyatların ümumi dəyərinin 76,6%-ni (2013-cü ilin müvafiq dövründə 73,5%) ödəməklə 7,9 mln. manatını kəsirdə qoyublar. Başqa sözlə, istehlak edilmiş elektrik enerjisinin 5,4 mln. manatı, təbii qazın 1,4 mln. manatı, istilik enerjisinin 522,0 min manatı, suyun 390,7 min manatı, rabitə xidmətlərinin 149,1 min manatı ödənilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR