Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək

Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək
# 25 sentyabr 2013 12:51 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Nəqliyyat naziri Ziya Məmmədov Şəkidə vətəndaşları qəbul edəcək.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüş vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədilə keçiriləcək.

Nazir Ziya Məmmədov sentyabrın 27-də saat 12.00-da Şəki şəhərindəki Olimpiya Kompleksində İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR