Azərbaycandakı peşə məktəblərində marağın çox olduğu ixtisaslar açıqlanıb

Azərbaycandakı peşə məktəblərində marağın çox olduğu ixtisaslar açıqlanıb
# 28 may 2014 09:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycandakı ilk peşə-ixtisas təhsili müəssisələrindəki tədrislə bağlı məlumat yayıb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı (kurikulum)”na əsasən ilk peşə-ixtisas təhsili müəssisələrində bölmələr üzrə ayrılan saatlara uyğun olaraq, təhsil müddəti 6 ay, 1 il, 2 il və 3 il müəyyənləşdirilir. Tam orta təhsil bazasından qəbul olunmuş qruplarda təhsil müddəti – 1 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və peşə ilə yanaşı, tam orta təhsil alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti – 3 il, ümumi orta təhsil bazasından qəbul olunmuş və yalnız peşə alanlar üçün təşkil edilən qruplarda təhsil müddəti peşənin mürəkkəbliyindən asılı olaraq – 1-2 il müddətində aparılır.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikumlarının) yerinə yetirilməsi müddəti”nə uyğun olaraq, ümumi orta və tam orta təhsil səviyyəsini bitirib, istehsalatda və ya digər iş sahələrində müəyyən peşə üzrə bacarıqlar qazanmış şəxslər üçün, işəgötürənlərin və fərdlərin sifarişləri əsasında həmin və ya digər peşənin öyrənilməsi, ixtisasının artırılması və yenidən hazırlanması üzrə kurslarda təhsil müddəti 6 aya qədərdir.

İlk peşə-ixtisas təhsili pilləsində ümumtəhsil fənləri, informasiya-kommunikasiya texnologiyaları, peşə-ixtisas fənləri (nəzəri), istehsalat təlimi və istehsalat təcrübəsi tədris olunur. Dərsdən kənar məşğələlərə isə fakültativ, fərdi və qrup məşğələləri daxildir. Qeyd olunub ki, ən çox “Əməliyyatçı-mühasib”,“Aşpaz”, “Dərzi”, “Kompüter operatoru”, “Tikiş avadanlıqlarının operatoru, tikişçi”, “Elektrik qaz qaynaqçısı”, “Traktorçu-maşinist”, “Bərbər-manikürçü”, “Avtomobillərin təmiri çilingəri”, “Genişprofilli traktorçu-maşinist, təmirçi-çilingər” ixtisaslarına maraq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR