Azərbaycan ali məktəblərinə hansı xarici universitetlərdən tələbə köçürülməsinin mümkün olduğunu açıqlanıb

Azərbaycan ali məktəblərinə hansı xarici universitetlərdən tələbə köçürülməsinin mümkün olduğunu açıqlanıb
# 28 fevral 2014 13:39 (UTC +04:00)

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin “Facebook” səhifəsində ali təhsillə bağlı vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.

Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda, tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır. Bakalavriat səviyyəsində xarici ölkə ali təhsil müəssisəsində təhsil alan tələbənin ailəsi və ya özü təhsil aldığı müddətdə ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə köçürülə bilərlər.
Xarici universitetlərdən Azərbaycan ali təhsil müəssisələrinə köçürülmə yalnız bəzi beynəlxalq təşkilatların reytinqində yer alan ali təhsil müəssisələrindən mümkündür. Bu təşkilatlara Times Higher Education World University Rankings (http://www.timeshighereducation.co.uk/.../world-ranking), Quacquarelli Symonds – QS World University Rankings (http://www.topuniversities.com/university-rankings) və Academic Ranking of World Universities - Shanghai Ranking (http://www.shanghairanking.com/ARWU2013.html) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR