Azad Demokratlar Partiyasının təsis qurultayının vaxtı məlum olub

 Azad Demokratlar Partiyasının təsis qurultayının vaxtı məlum olub
# 25 mart 2014 10:22 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azad Demokratlar Partiyasının qurultayının mayın sonu-iyunun əvvəlində keçirilməsi nəzərdə tutulur. Bunu APA-ya açıqlamasında Azad Demokratlar Partiyası Təşkilat Komitəsinin sədri Sülhəddin Əkbər deyib.

S.Əkbər qeyd edib ki, martın sonunda partiyanın Təşkilat Komitəsinin toplantısı keçiriləcək və qurultayla bağlı qərar veriləcək: «Öncə partiyanın rəhbər səlahiyyətli qurumları formalaşmalıdır. Biz əvvəldən də qurultayı mayın sonu-iyunun əvvəlində keçirməyi planlaşdırmışdıq. Görülən işləri dəyərləndirdikdən sonra qərar qəbul edəcəyik».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR