ABŞ prezidenti İranı Səid Abedinini azadlığa buraxmağa çağırıb

ABŞ prezidenti İranı Səid Abedinini azadlığa buraxmağa çağırıb
# 07 fevral 2014 12:27 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ prezidenti İrandan Səid Abedinini azadlığa buraxmağa çağırıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, Barak Obama bildirib ki, amerikalı-iranlı keşiş 18 aydan çoxdur həbsxanadadır: “Biz Səid Abedini üçün dua edirik. O, dini əqidəsinə görə 8 il azadlıqdan məhrum edilib. ABŞ hökuməti Səid Abedininin azadlığa buraxılmasına səy göstərir və onun ailəsinin yanına qayıda bilməsi üçün İran rəsmilərindən sərbəstliyini təmin etməsini istəyirik”.

Qeyd edək ki, ikili vətəndaşlığa malik olan keşiş S.Abedini 2012-ci ilin sentyabrında İrana səfəri zamanı həbs edilib. O, evlərdə kilsələr yaradıb fəaliyyət göstərdiyinə görə milli təhlükəsizliyi pozmaqda günahlandırılaraq 8 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR