Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib
# 07 fevral 2014 23:51 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift elektrik enerjisi təminatının kəsilməsi səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 1-ci mərtəbəyə endirib, qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 01:59-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR