Azərbaycanın 3 ay əvvəl Ermənistana qaytardığı Mamikon Xocayan ölüb - VİDEO

Azərbaycanın 3 ay əvvəl Ermənistana qaytardığı Mamikon Xocayan ölüb - <span style="color: red;">VİDEO
# 21 may 2014 05:05 (UTC +04:00)

Bakı - APA. Bu ilin yanvarında Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan və martda vətəninə təhvil verilən Ermənistan vətəndaşı Mamikon Xocayan ölüb.

APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, M.Xocayanın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün onun cəsədi tibbi ekspertizaya göndərilib.

Xatırladaq ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb.

Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb.

Qeyd edək ki, M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, qolundan güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib.

Mamikon Xocayan martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR