TQDK test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulu elan edib

TQDK test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulu elan edib
# 16 sentyabr 2013 08:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test tapşırıqlarının hazırlanması işinə müqavilə ilə mütəxəssis qəbulu elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müqaviləçi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanlarında TQDK tərəfindən istifadə ediləcək Test Bankı üçün test tapşırıqlarının hazırlanması prosesində müxtəlif ixtisas istiqamətləri üzrə test tapşırıqlarını hazırlayacaq, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının ekspertizasını həyata keçirəcək, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarını Azərbaycan dilindən rus dilinə və ya əksinə tərcümə edəcək, TQDK tərəfindən təqdim edilən test tapşırıqlarının tərcüməsinin ekspertizasını həyata keçirmək vəzifələrini yerinə yetirəcək.

Müqaviləçidən magistr və ya daha yüksək elmi dərəcəsinin (mütəxəssis olduğu sahə üzrə) malik olmaq, Azərbaycan və rus dillərini mükəmməl bilmək, (test tərcüməçiləri üçün), Mircrosoft Office proqramlarında işləmək bacarığı olmaq, test tapşırıqlarının məxfiliyinin qorunmasına təminat vermək, komandada işləmək, tənqidi düşünmə bacarığına sahib olmaq, işə böyük həvəs göstərmək tələb olunur.

Müraciət edənlərin test tapşırıqlarının hazırlanması sahəsində təcrübəsinin olması arzu olunur. Namizədlər üçün test tapşırıqlarının tərtibi, ekspertizası və tərcümə edilməsi üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR