Rusiyanın xarici işlər naziri və ATƏT-in baş katibi münaqişələrin həllini müzakirə ediblər

Rusiyanın xarici işlər naziri və ATƏT-in baş katibi münaqişələrin həllini müzakirə ediblər
# 08 noyabr 2013 12:40 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Moskvada Rusiyanın xarici işlər naziri ilə ATƏT-in baş katibi Lamberto Zannyer arasında görüş keçirilib. APA-nın xəbərinə görə, görüşdə əsasən ATƏT Xarici İşlər Nazirləri Şurasının 5-6 dekabrda Kiyevdə keçiriləcək yığıncağına hazırlıq məsələləri müzakirə olunub.

L. Zannyer görüşdən sonra keçirdiyi mətbuat konfransında həlli uzanan münaqişələrin həlli məsələsini də müzakirə etdiklərini söyləyib: “Biz ATƏT məkanındakı münaqişələrin önlənməsi və həlli üzrə fəaliyyətlərdə iştirak edirik. Bura Dnestryanı və Dağlıq Qarabağ münaqişələri də daxildir. Eyni zamanda biz ATƏT-in yaxınlığında – Aralıq dənizi regionu və Əfqanıstanda baş verənlərə də diqqət yetiririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR