Salyanda “İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib - VİDEO

Salyanda “İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda  tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 14 fevral 2014 18:22 (UTC +04:00)

APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, “İqtisadiyyat və Sənaye Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda Salyanda keçirilən tədbirdə aidiyyəti dövlət qurumları, Salyan və ətraf rayonların icra hakimiyyətlərinin nümayəndələri, Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.

Nazirliyin nümayəndəsi Zaur Qasımov “Elektron Hökumət”ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirildiyini diqqətə çatdırıb. Bildirib ki, Prezidentin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanına uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyinin internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Burada müxtəlif fəaliyyət növlərinə aid lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib.

Bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini onlayn rejimində həyata keçirməyə imkan verir. İndiyədək 220 mindən artıq internet istifadəçisi bu xidmətdən yararlanıb.

Tədbirdə onlayn rejiminin istifadə proseduru nümayiş etdirilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR