Rusiyada doqquzmərtəbəli binada partlayış baş verib, dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb

Rusiyada doqquzmərtəbəli binada partlayış baş verib, dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb
# 11 noyabr 2013 10:31 (UTC +04:00)

APA-nın məlumatına görə, məişət qazının partlaması nəticəsində 8-ci və 9-cu mərtəbələrdə dağıntı baş verib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayışdan ən azı iki mənzil tam dağılıb. Partlayış yanğına səbəb olmayıb.

Qəza yerindən 15 nəfər evakuasiya edilib. Evakuasiya tədbirlərinə 32 xilasedici və 10 texnika cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin regional nümayəndəliyindən hadisə nəticəsində 4 nəfərin öldüyü, 3 nəfərin isə dağıntılar altında qalmasının ehtimal edildiyi açıqlanıb. Hadisə yerində uşaq da aşkar olunub. O, sağ salamatdır.

Hüquq-mühafizə orqanlarından partlayışda xəsarət almış daha 4 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR