Hökümə Qurbanovanın 100 illiyinə həsr edilən kitab-albomun təqdimatı keçirilib

Hökümə Qurbanovanın 100 illiyinə həsr edilən kitab-albomun təqdimatı keçirilib
# 28 aprel 2014 13:30 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Aprelin 28-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) xalq artisti Hökümə Qurbanovanın anadan olmasının 100 illiyinə həsr edilən kitab-albomun təqdimatı keçirilib. ATXİ-nin məsul katibi Kəmalə Cəfərzadənin APA-ya verdiyi məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov H. Qurbanovanın sənət fəaliyyətindən danışıb. O qeyd edib ki, aktrisa 75 illik ömrünün 50 ilini səhnəyə həsr edib, rəngarəng obrazları ilə Azərbaycan mədəniyyətini zənginləşdirib.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə H. Qurbanovanın yaradıcılıq axtarışlarından, obrazlar qalereyasından söz açıb: “Hökümə Qurbanovanın yaratdığı bir-birindən maraqlı rollar bu gün də Azərbaycan teatrının şedevrləri kimi qəbul olunmaqdadır”.

Xalq artistləri Ağakişi Kazımov, Hacı İsmayılov, Ramiz Məlik və başqaları H. Qurbanova haqqında xatirələrini bölüşüblər.

Təqdimat mərasimində H. Qurbanovanın Azərbaycan səhnəsində yaratdığı obrazlardan parçalar nümayiş olunub.

Kitab-albomun müəllifi teatrşünas Çingiz Ələsgərli, redaktoru Kəmalə Cəfərzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR