«Unibank» iki lotereyanın qaliblərini müəyyənləşdirib

«Unibank» iki lotereyanın qaliblərini müəyyənləşdirib
# 22 yanvar 2014 08:00 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC ümumi mükafat fondu 100 min manatı ötən iki lotereyasının qaliblərini açıqlayıb.

«APA-Economics»in məlumatına görə, Bankın «Kreditinizi ödəyin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyasının 76 qalibi seçilib. Tirajda 1 nəfər 500 manat, 25 nəfər 100 manat, 50 qalib isə hərəyə 50 manat pul mükafatı əldə edib. Oktyabrın 24-dən dekabrın 31-dək müddətdə keçirilən lotereyanın ümumi uduş fondu 5 500 manat olub.

Bankdan bildirilib ki, kredit götürənlər üçün təşkil olunmuş «Alkredit plus» nağd krediti əldə edin və qazanın» adlı tirajlı stimullaşdırıcı lotereyasının üçüncü tirajının qalibləri də müəyyən olunub.

Müsabiqə Komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduşun nəticələrinə əsasən, 26 qalib seçilib. Lotereya tirajlarında ümumilikdə 390 lotereya iştirakçısı qalib elan olunacaq. Uduşun ümumi fondu isə 90 min manat təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. Hər tirajda 20 nəfər qalib 100 manat, 4 nəfər 500 manat və 2 nəfər 1000 manat pul mükafatı əldə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR