Hindistanda sərnişin qatarı relsdən çıxıb, 50 nəfər yaralanıb

Hindistanda sərnişin qatarı relsdən çıxıb, 50 nəfər yaralanıb
# 16 aprel 2014 07:59 (UTC +04:00)

Bakı-APA. Hindistanda sərnişin qatarı relsdən çıxaraq aşıb. Nəticədə 50 nəfər yaralanıb.

APA-nın “Times of İndia” nəşrinə istinadən verdiyi məlumata görə, hadisə Assam ştatında baş verib.

Moriqaon şəhəri yaxınlığında ekspress qatarın 10 vaqonu rəlsdən çıxıb.

Hadisə yerində xilasedicilər işləyirlər, qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR