BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək

BMT-nin xüsusi məruzəçisi Azərbaycana səfər edəcək
# 14 may 2014 10:10 (UTC +04:00)

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azərbaycanda məcburi köçkünlərin ümumi vəziyyətini araşdırmaqdır.

Ç. Beyani bir həftə ərzində Bakı və Sumqayıt şəhərlərində yerləşən məcburi köçkünləri və çox sayda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələri ziyarət edəcək.

O, Azərbaycan hökuməti, yerli icra hakimiyyəti orqanları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR