Avropa Birliyi Rusiyanın bəzi vəzifəli şəxslərinə və Ukraynadakı separatçıların liderlərinə sanksiya tətbiq edib

Avropa Birliyi Rusiyanın bəzi vəzifəli şəxslərinə və Ukraynadakı separatçıların liderlərinə sanksiya tətbiq edib
# 29 aprel 2014 10:20 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, 15 nəfərdən ibarət siyahıya Ukraynanın şərqində fəaliyyət göstərən Rusiyayönümlü separatçıların bəzi liderləri da daxil edilib.

Siyahıda Rusiya baş nazirinin müavini Dmitri Kozak, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəisi İqor Serqun, Rusiya prezidentinin Krımdakı daimi nümayəndəsi Oleq Belaventsev, Krım işləri üzrə nazir Oleq Savelyev, Dövlət Dumasının sədr müavinləri Lüdmila Şevtsova, Sergey Neverov, Sevastopol qubernatoru səlahiyyətlərinin icraçısı Sergey Menyalo, Federasiya Şurasının Krım və Sevastopoldan olan üzvü Olqa Kovitidi, Ukraynanın Luqansk vilayətində “xalq qubernatoru” elan edilmiş Valeri Bolotov, Luqansk “özünümüdafiə qüvvələri”nin nümayəndəsi German Prokopyev, uydurma “Donetsk Xalq Respublikası”nın liderləri Denis Puşilin, Andrey Purgin, Sergey Tsıplakov və Slavyansk şəhərində fəaliyyət göstərən silahlı dəstənin rəhbəri, “İqor Strelkov” təxəllüsü ilə tanınan Rusiya Baş Kəşfiyyat İdarəsinin zabiti İqor Girkinin adları var.

Beləliklə, AB-nin Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əleyhinə fəaliyyət göstərdiyinə görə sanksiyalar tətbiq etdiyi Rusiya və Ukrayna vətəndaşlarının sayı 48-ə çatıb. Bu şəxslərin Avropadakı aktivləri (əgər varsa) dondurulacaq və onların Avropa Birliyi ölkələrinə səfərləri qadağan ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR