Zakir Qaralov Gəncədə vətəndaşları qəbul edəcək

Zakir Qaralov Gəncədə vətəndaşları qəbul edəcək
# 09 iyun 2014 07:46 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş prokuror Zakir Qaralov Gəncədə vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zakir Qaralov cari ilin iyunun 20-də saat 11:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən, Xocalı, Goranboy və Kəlbəcər rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Gəncə şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR